MM bir sıra qanunlara düzəlişləri qəbul edib

MM bir sıra qanunlara düzəlişləri qəbul edib
# 18 may 2018 12:31 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında bir sıra qanunlara yeni qəbul olunmuş “Məktəbə qədər təhsil haqqında” qanuna uyğun olaraq edilən düzəlişlər layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, bunlar Əmək Məcəlləsinə, "Təhsil haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Dövlət qulluğu haqqında", "Yanğın təhlükəsizliyi haqqında" və "Sanitariya-epidemioloji salamatlıq haqqında" qanunlara təklif edilən düzəlişlərdir.

Layihələr barədə Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.

Layihələr ayrılıqda səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR