Vaşinqton administrasiyası HAMAS hərəkatının nümayəndələrinin tezliklə öz milislərinin tərksilah edilməsini nəzərdə tutan saziş imzalayacağına inanır.
Bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, Ağ Ev və ABŞ-ın təşəbbüsü ilə yaradılan Sülh Şurası HAMAS-ın yaxın günlərdə Qəzza zolağının tərksilah edilməsinə və silahsızlaşdırılmasına başlamaq üçün saziş imzalaya biləcəyinə inanır.
Portal qeyd edir ki, bu, ABŞ tərəfindən təklif edilən Qəzza zolağı üçün sülh planının həyata keçirilməsi baxımından əhəmiyyətli bir irəliləyiş olacaq.