Ucarda baş vermiş qəzada xəsarət alanlardan biri də ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, beləliklə bir piyada və sərnişinlərdən biri ölüb.
Bir piyada və bir sərnişin isə xəsarət alıb.
***
01:14
Ucarda yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan yük avtomobili ilə minik avtomobili toqquşub. Toqquşmadan sonra idarəetmədən çıxan avtomobillər yol kənarında dayanmış 2 piyadanı vurub.
İlkin məlumata görə, piyadalardan biri hadisə yerində ölüb. Digər piyada və minik avtomobilində olan sərnişin ağır xəsarət alaraq xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.