Bank Of Baku

Londonda Fələstinlə bağlı keçirilən aksiyada 150-dən çox şəxs saxlanılıb

Londonda Fələstinlə bağlı keçirilən aksiyada 150-dən çox şəxs saxlanılıb
# 31 iyul 2026 02:57 (UTC +04:00)

Londonda qadağan edilmiş "Palestine Action" hərəkatına dəstək məqsədilə keçirilən aksiyada 150-dən çox şəxs saxlanılıb.

APA xəbər verir ki, bu barədə London polisi məlumat yayıb.

Məlumata görə, ümumilikdə 152 nəfər saxlanılıb. Onlardan 134-ü qadağan olunmuş təşkilata dəstək verməkdə, 4-ü cinayətə təhrik və ya yardım etməkdə, 2-si isə fövqəladə xidmət əməkdaşlarına hücum etməkdə şübhəli bilinir.

Polis aksiya zamanı bəzi əməkdaşlarına hücum edildiyini, lakin xəsarət alanların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmadığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR