ABŞ narkotik biznesi ilə məşğul olan qruplaşmalarla mübarizə məqsədilə Puerto Rikoya 10 ədəd F-35 qırıcı təyyarəsi göndərir.
APA xəbər verir ki, bu barədə “Reuters” iki anonim mənbəyə istinadən xəbər verir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ölkəsinə narkotik gətirən qruplaşmalarla mübarizə aparacağını deyib.
Bir neçə gün bundan əvvəl isə, Venesueladan ABŞ-a narkotik daşıyan gəmi ABŞ ordusu tərəfindən hədəfə alınmış, nəticədə gəmidə olan 11 nəfər həyatını itirmişdi.