Bank Of Baku

KİV: ABŞ Rusiyaya nəzarət etmək üçün Avropaya kəşfiyyat təyyarəsi göndərib

KİV: ABŞ Rusiyaya nəzarət etmək üçün Avropaya kəşfiyyat təyyarəsi göndərib
# 24 avqust 2024 01:47 (UTC +04:00)

ABŞ Rusiyanın fəaliyyətini izləmək üçün Avropaya RC-135U kəşfiyyat təyyarəsi yerləşdirib.

APA xəbər verir ki, bu barədə “Newsweek” jurnalı məlumat yayıb.

Qeyd olunur ki, təyyarə Offutt Hərbi Hava Qüvvələri bazasından havaya qalxaraq avqustun 18-də Böyük Britaniyanın Mildenhall Hərbi Hava Qüvvələri bazasına çatıb, avqustun 20-də isə təyyarə Rusiya ilə sərhədə yaxın Baltikyanı ölkələr üzərində 6 saat uçuş edib.

RC-135U kəşfiyyat təyyarəsi strateji elektron kəşfiyyat, radio ələ keçirmə, düşmənin quru, dəniz və hava qüvvələrinin fəaliyyətinin monitorinqi üçün nəzərdə tutulub.

RC-135U-nun Avropada nə qədər qalacağı məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR