Bank Of Baku

KİV: ABŞ Ukraynaya göndərdiyi "F-16"ları raketlərlə təchiz edəcək

KİV: ABŞ Ukraynaya göndərdiyi "F-16"ları raketlərlə təchiz edəcək
# 30 iyul 2024 16:54 (UTC +04:00)

ABŞ Ukraynaya göndərdiyi “F-16” qırıcılarını müasir “hava-hava” tipli raketlərlə təchiz etməyə razılıq verib.

APA-nın xəbərinə görə, bu barədə yazı “The Wall Street Jorunal” nəşrində dərc olunub.

Bildirilib ki, bununla yanaşı rəsmi Vaşinqton Kiyevi növləri açıqlanmayan silah-sursatlar da göndərməyi öhdəsinə götürüb.

Bu arada, Danimarka və Niderland “F-16” seriyasından olan qırıcıların ilk partiyasını bu ilin yayında göndərəcəyini açıqlayıb. Belçika və Norveç hökumətlərindən də analoji açıqlama gəlib.

Qeyd edək ki, sözü gedən ölkələrin Ukrayna ordusuna təhvil verəcəyi qırıcı təyyarələrin raketlərlə təchizatı məsələsi hələlik açıq qalır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR