Bank Of Baku

KİV: ABŞ yeraltı nüvə qurğularını məhv etmək üçün bomba istehsalını artırır

KİV: ABŞ yeraltı nüvə qurğularını məhv etmək üçün bomba istehsalını artırır
# 15 may 2024 07:49 (UTC +04:00)



Amerika Birləşmiş Ştatları ölkənin ən böyük qeyri-nüvə bombası olan "GBU-57"-nin istehsalını artırır.

APA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, ABŞ hərbi rəhbərliyi Oklahoma ştatının cənub-şərqində ordu zavodunun genişləndirilməsi layihəsini artıq hazırlayıb.

Zavod 2024-cü ilin payızına qədər pik nöqtəsinə çatmalıdır.

Zavodda yüksək dəqiqliyə malik “GBU-57” bombası istehsal ediləcək.

Sözügedən bomba “Massive Ordnance Penetrator” adi ilə də tanınır.

Partlamazdan əvvəl 61 m dərinliyə qədər yerə nüfuz edə bilən bomba güclü şəkildə möhkəmləndirilmiş yeraltı hərbi obyektləri məhv etmək üçün nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR