KİV: Bayden-Putin görüşü Cenevrədə keçirilə bilər

Co Bayden və Vladimir Putin

© APA | Co Bayden və Vladimir Putin

# 24 may 2021 17:20 (UTC +04:00)

“Cenevrə ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında potensial görüş üçün ən çox ehtimal olunan məkandır”.

APA-nın xəbərinə görə, bu barədə NBC-nin jurnalisti Ceff Bennett "Twitter" hesabında bildirib.

O, bu barədə Bayden administrasiyasındakı dörd mənbəyə istinadən yazıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden daha öncə bildirib ki, o, iyun ayında Avropaya planlaşdırılan səfəri çərçivəsində rusiyalı həmkarı ilə görüşməyə ümid edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR