Bank Of Baku

KİV: Bayden Zelenski ilə Kiyevdən kənarda görüşmək təklifini rədd edib

Co Bayden - Vladimir Zelenski

© APA | Co Bayden - Vladimir Zelenski

# 20 fevral 2023 17:08 (UTC +04:00)

ABŞ Prezidenti Co Baydenə Ukrayna lideri Vladimir Zelenski ilə Kiyevdən kənarda görüşmək təklif edilib, lakin o, bundan imtina edib.

APA “Rolling Stone” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin adı açıqlanmayan yüksək vəzifəli məmuru bildirib.

Qeyd olunub ki, Ukraynaya səfəri ərəfəsində Baydenə Vladimir Zelenski ilə görüşmək üçün məkan olaraq bir neçə variant təklif olunub ki, bunların sırasında Polşa-Ukrayna sərhədi və Ukraynanın qərbində, nisbətən təhlükəsiz hesab edilən Lvov şəhəri yer alıb.

Amerika Prezidenti isə Ukrayna paytaxtına səfərdə israr edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR