Bank Of Baku

KİV: Haitidə həbsxanadan qaçmağa çalışan 10 məhbus öldürülüb

KİV: Haitidə həbsxanadan qaçmağa çalışan 10 məhbus öldürülüb
# 01 yanvar 2022 21:50 (UTC +04:00)

Haitinin paytaxtı Port-o-Prensin şərqində yerləşən Krua-de-Buke həbsxanasından qaçmağa cəhd zamanı 10 məhbus öldürülüb.

APA xəbər verir ki, bu barədə yerli “Haiti 24” xəbər portalı məlumat yayıb.

Hadisə zamanı dörd polis əməkdaşı yaralanıb.

Səkkiz məhbus yerindəcə məhv edilib, daha ikisi aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Məhkumlar qaçmağa cəhd edərkən həbsxananın yeməkxanasını və anbarını yandırıblar.

Hazırda cəzaçəkmə müəssisəsində vəziyyət nəzarətə götürülüb. Həbsxanada bir neçə ədəd odlu silah aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR