Bank Of Baku

KİV: Hakerlər FTB-nin sistemini sındıraraq onlarla əməkdaşın məlumatlarını oğurlayıb

KİV: Hakerlər FTB-nin sistemini sındıraraq onlarla əməkdaşın məlumatlarını oğurlayıb
# 23 sentyabr 2026 04:58 (UTC +04:00)

“ShinyHunters” adlı haker qrupu ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) sistemlərinə daxil olduğunu və minlərlə FTB əməkdaşının məlumatlarını oğurladığını iddia edib.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. FTB isə “Reuters”in məsələ ilə bağlı göndərdiyi sorğulara cavab verməyib.

Qrup bildirib ki, hücum FTB-nin 2026-cı ilin mayında “ShinyHunters”ın istifadə etdiyi üsullar barədə məlumat yaymasından və hücumların hədəflərinə fidyə ödəməməyi tövsiyə etməsindən sonra həyata keçirilib.

Hakerlər FTB-nin işə qəbul saytının dəyişdirildiyini göstərən ekran görüntüsü və oğurlandığını iddia etdikləri məlumatlardan nümunə də yayıblar.

“Reuters” ekran görüntüsünün həqiqiliyini təsdiqləyə bilməyib. Bununla belə, FTB-nin işə qəbul saytında çərşənbə axşamı saytın və xüsusi agentliyə namizədlər üçün portalın müvəqqəti olaraq əlçatmaz olduğu barədə bildiriş yerləşdirilib.

“Reuters” hakerlərin yaydığı bəzi FTB əməkdaşlarına aid məlumatların həqiqiliyini qismən yoxlaya bilib. Agentlik azı doqquz halda ad və poçt ünvanlarının kredit bürolarının məlumatları və daha əvvəl sızdırılmış məlumatlarla uyğun gəldiyini müəyyən edib.

Lakin bu məlumatların məhz FTB-nin daxili sistemlərindən oğurlandığını təsdiqləmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR