Yəməndəki husilər ABŞ və müttəfiqlərinin hava hücumlarından əvvəl öz silahlarını gizlədib.
APA “WSJ”a istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan mənbə bildirib.
Məlkumata görə, Yəmən ordusu öz raketlərini ölkənin keçmiş prezidenti Əli Abdullah Salehin Səna şəhərində tikdiyi sığınacaqlarda saxlayıb.
Xatırladaq ki, ABŞ Hərbi Hava Qüvvələri Yəmən husilərinə zərbələr endirib.
Bildirilib ki, 16 obyektdə 60-dan çox hədəfə zərbələr endirilib.
Ümid Nəccari