Bank Of Baku

KİV: Meksikada insan qalıqları ilə dolu 68 kisə tapılıb

KİV: Meksikada insan qalıqları ilə dolu 68 kisə tapılıb
# 11 fevral 2023 05:24 (UTC +04:00)

Meksika polisi Mexiko ştatında 68 kisə insan qalıqları aşkar edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə cümə günü “El Milenio” qəzeti məlumat yayıb.

Kisələr bölgədəki doqquz məzarlıqda tapılıb. Meyitlər barədə məlumatı həbs edilmiş cinayətkar dəstə üzvləri veriblər. Meyitlərin şəxsiyyəti məlum deyil.

Rəsmi hesablamalara görə, 1964-cü ildən 2022-ci ilə qədər Meksikada itkin düşənlərin sayı 100 min nəfəri keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR