ABŞ müdafiə nazirliyi gələn il yenidən silahlanma xərclərini 10 mlrd. dollar azaldacaq.
APA xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən yazıb.
Nəşrin sözlərinə görə, ABŞ prezidenti Co Bayden ötən ilin iyun ayında dövlət borcunun yuxarı həddini artırmaq üçün Konqres tərəfindən daha əvvəl təsdiq edilmiş qanun layihəsini imzalayıb və bu qanun həm də federal departamentlər tərəfindən xərclərin 1 faiz azaldılmasını nəzərdə tutur.
Büdcə xərclərinin azaldılması ABŞ Silahlı Qüvvələrinin yenidən silahlanması xərclərinin azaldılması hesabına həyata keçiriləcək.