KİV: Silahlı dəstələr Haitinin əsas həbsxanasına hücum edərək yüzlərlə məhbusu azad ediblər

KİV: Silahlı dəstələr Haitinin əsas həbsxanasına hücum edərək yüzlərlə məhbusu azad ediblər
# 03 mart 2024 09:40 (UTC +04:00)

Silahlı qrupların üzvləri Haitinin Port-o-Prensdəki əsas həbsxanasına hücum edərək, orada bir neçə yüz məhbusu azad ediblər.

APA xəbər verir ki, bu barədə şənbə günü Gazette Haiti xəbər portalı məlumat yayıb.

Hücum nəticəsində ölən və ya yaralananlar barədə məlumat yoxdur. Məhkumlar buraxıldıqdan sonra həbsxana nəzarətçiləri sərbəst buraxılıb. Hücum silahlı qruplarla mübarizə aparmaq üçün Haitiyə sülhməramlı kontingent göndərilməsi barədə razılığa gələn Keniyada respublikanın baş naziri Ariel Henrinin olmadığı vaxt baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR