KİV: Texasdakı meşə yanğını ABŞ tarixində ən böyük yanğındır

KİV: Texasdakı meşə yanğını ABŞ tarixində ən böyük yanğındır
# 03 mart 2024 08:38 (UTC +04:00)

Texası bürüyən güclü meşə yanğını ABŞ tarixindəki ən böyük yanğınlardan biridir.

APA-nın “The Wall Street Journal”a (WSJ) istinadən verdiyi məlumata görə, yanğın 404 min hektar ərazini əhatə edir.

Yanğın zamanı azı iki nəfər ölüb. On minlərlə mal-qara tələf olub ki, bu da dövlət üçün ciddi problemə çevrilə bilər.

Fevralın 28-də Texasda meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Hakimiyyət bu ştatda yerləşən nüvə silahı yığma zavodunda fəaliyyəti dayandırmalı olub. Fevralın 29-da yanğın yüzlərlə yerli sakinin təxliyə olunduğu Oklahoma ştatına keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR