Kolumbiya Prezidenti İvan Duke koronavirusa qarşı peyvənd olunub.
APA xəbər verir ki, prezident bu barədə “Twitter” səhifəsində paylaşım edib.
Kolumbiya lideri ABŞ istehsalı olan “Pfizer” peyvəndindən istifadə etdiyini açıqlayıb.
Məlumat üçün bildirək ki, Kolumbiyada hazırda koronavirusa yoluxanların sayı 3 724 705, ölüm sayı isə 95 192 nəfərdir. Ölkədə ilk koronavirus infeksiyası 6 Mart 2020-ci il tarixində aşkar edilib.