Kolumbiya Prezidenti İvan Dukenin olduğu helikopter havada olarkən naməlum şəxslər tərəfindən atəşə tutulub.
APA “Semana” jurnalına istinadən xəbər verir ki, hadisə günortadan sonra Norte de Santanderin departamentinin səmasında baş verib.
Helekopterə 6 atəş açılıb. Lakin xəsarət alan olmayıb.
Helikopterdə prezidentlə yanaşı Müdafiə Naziri Dieqo Molano və Daxili İşlər Naziri Daniel Palasios da olub.
Ölkə prezidenti tvitter hesabında helikopterə atəş açan naməlum silahlıların addımını qeyri-peşəkar və qorxaq hücum adlandırıb.