SOCAR 2017-ci ilədək Gürcüstanın 80%-ini qazlaşdırmaq niyyətindədir

SOCAR 2017-ci ilədək Gürcüstanın 80%-ini qazlaşdırmaq niyyətindədir
# 09 sentyabr 2015 18:04 (UTC +04:00)

Bakı - APA-Economics. SOCAR 2017-ci ilədək Gürcüstanın 80%-ni qazlaşdırmaq niyyətindədir.

Bu barədə "APA-Economics"ə SOCAR-ın Gürcüstan nümayəndəliyinin ("SOCAR-Georgia") rəhbəri Mahir Məmmədov bildirib.


Onun sözlərinə görə, hazırda qonşu ölkələrin 66-67%-i qazlaşdırılıb: "Biz bu rəqəmi 2017-ci ilədək 80%-ə çatdırmaq niyyətindəyik. Şirkətimizin imkanlarını, o cümlədən digər amilləri nəzərə alaraq, bu, yaxşı göstəricidir. Gürcüstanın qazlaşdırması üçün maksimum səy göstəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR