Bank Of Baku

Kolumbiyada ölü sayı 111-ə çatıb, ölkədə fövqəladə vəziyyət elan olunub - YENİLƏNİB-5

Kolumbiyada ölü sayı 111-ə çatıb, ölkədə fövqəladə vəziyyət elan olunub - YENİLƏNİB-5
# 10 avqust 2026 22:38 (UTC +04:00)

Kolumbiyada güclü zəlzələdən sonra ölənlərin sayı 111-ə çatıb.

APA xəbər verir ki, bu barədə prezident Abelardo de la Espriella məlumat verib.

***

21:59

Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 80-ə çatıb.

APA xəbər verir ki, bu barədə Kolumbiya hökuməti məlumat yayıb.

Zəlzələ ilə bağlı ölkədə fövqəladə vəziyyət elan olunub.

***

20:55

Kolumbiyanın qərbində baş verən zəlzələ nəticəsində azı 55 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə “BluRadio” radiostansiyası məlumat yayıb.

***

19:13

Kolumbiyanın Pereyra şəhərində baş verən zəlzələ nəticəsində ən azı 18 nəfər ölüb.

Bu barədə şəhər meri Maurisio Salasar “Caracol” radiostansiyasının efirində bildirib.

***

18:50

Zəlzələ nəticəsində Manisales şəhərində 12 nəfər ölüb.

Bu barədə Manisales şəhərinin meri Xorxe Roxas “Blu Radio”ya məlumat verib.

Onun sözlərinə görə, Manisalesdə 10 bina tamamilə dağılıb, 20-dən çox yaşayış binasına isə qismən ziyan dəyib.

Bundan başqa, iki xəstəxana, bir sıra məktəb və kilsələrə zərər dəyib.

Yerli medianın xilasedicilərə istinadən yaydığı məlumata görə, Çoko departamentində isə 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

***

18:30

Kolumbiyanın qərbində baş verən 7,4 bal gücündə zəlzələnin fəsadları ilə bağlı yeni məlumatlar yayılıb. Kalidə zəlzələ nəticəsində azı 20 binanın dağıldığı, bəzi insanların isə dağıntılar altında qaldığı bildirilir.

APA xəbər verir ki, bu barədə şəhər meri məlumat verib.

Xilasetmə və fövqəladə hallar xidmətləri dağıntılar altında qalan insanların axtarışını davam etdirir.

Hadisənin miqyası və zərərçəkənlərin sayı dəqiqləşdirilir.

***

17:17

Kolumbiyanın qərbində bazar ertəsi 7,4 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Çoko departamentindəki San-Xose-del-Palmar şəhərində, Boqotadan təxminən 280 kilometr məsafədə olub.

İlkin məlumatlara görə, ciddi dağıntı və tələfat qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR