Göyçayda mebel sexindən meyit tapılıb

Göyçayda mebel sexindən meyit tapılıb
# 09 dekabr 2016 06:54 (UTC +04:00)

Göyçay rayonunda mebel sexində işləyən ustanın meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Qarabaqqal kəndində kənd sakini, 1969-cu il təvəllüdlü Rəsulov Polad Əli oğlu Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında icarəyə götürərək işlətdiyi mebel sexində ölüb. Onun spirtli içki qəbul edərək gecə mebel sexində qaldığı bildirilir.

Polad Rəsulovun ölüm səbəbi hələlik məlum deyil. Meyit müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə verilib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR