Daşkəsəndə avtomobil qadını vurub

Daşkəsəndə avtomobil qadını vurub
# 31 iyul 2017 08:06 (UTC +04:00)

Daşkəsəndə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Daşkəsən şəhərində qeydə alınıb. “VAZ 2106” markalı avtomobil yolu keçmək istəyən rayon sakini, 1961-ci il təvəllüdlü Səfərova Leyla Cavad qızını vurub. Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR