Tərtərdə 41 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölüb

Tərtərdə 41 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölüb
# 14 oktyabr 2017 08:14 (UTC +04:00)

Tərtər sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın məlumatına görə, Tərtər rayon sakini, 1976-cı il təvəllüdlü Fərzalı Mehdi oğlu Əliyev avtoyuma məntəqəsində öz avtomobilini yuyarkən onu elektrik cərəyanı vurub. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR