Bank Of Baku

Koronavirusdan indiyə qədər dünyada 6,6 milyondan çox insan ölüb

COVID-19

© APA | COVID-19

# 16 dekabr 2022 12:19 (UTC +04:00)

Koronavirus (COVİD-19) pandemiyası yayılmağa başlayandan indiyə kimi dünya üzrə 651 milyondan çox insan virusa yoluxub, 6 661 842 insan isə ölüb.

APA xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Con Hopkins Universitetinin rəsmi internet səhifəsində yenilənmiş statistikada öz əksini tapıb.

Qeyd olunub ki, yoluxma sayı 30 milyondan çox olan ölkələrə ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya daxildir.

Həmçinin o da əlavə olunub ki, dünya üzrə koronavirusdan ölənlərin sayı hər bir milyon nəfərə 855 nəfər təşkil edir. ABŞ-da bu rəqəm 3 324, Hindistanda 377, Fransada 2 443, Braziliyada 3 212, Almaniyada isə 1 904 nəfərdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR