Kosta-Rikanın xarici işlər naziri Arnoldo Andre-Tinoco Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunu ölkəsinə səfərə dəvət edib.
APA xəbər verir ki, bunu Kosta-Rikanın xarici işlər naziri Arnoldo Andre-Tinoco türkiyəli həmkarı ilə birgə mətbuat konfransında deyib.
“Düşünürəm ki, bu səfər ölkələrimiz arasında siyasi münasibətlərimiz üçün faydalı olacaq, həmçinin ticarət məsələlərində də müəyyən nəticələrə nail ola bilərik”, – o əlavə edib.
Nazir bu il Kosta-Rikada Atatürkün büstünün açılışının olacağını da qeyd edib.
“Bu il Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ili qeyd olunacaq. Bu münasibətlə ölkəmizdə Mustafa Kamal Atatürkün büstünün açılışı olacaq. Bu istiqamətdə artıq hazırlıqlara başlanılıb”, o deyib.