Bank Of Baku

Kuba İranla əməkdaşlığı gücləndirmək niyyətində olduğunu açıqlayıb

Kuba İranla əməkdaşlığı gücləndirmək niyyətində olduğunu açıqlayıb
# 22 avqust 2024 06:57 (UTC +04:00)

Kubanın xarici işlər naziri Bruno Rodrigez Parrilya Abbas Araqçını İranın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və Havananın Tehranla dostluq və əməkdaşlıq əlaqələrini gücləndirmək niyyətində olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə Kuba XİN başçısı “X” hesabında yazıb.

“Abbas Araqçıya İranın xarici işlər naziri təyin olunması münasibətilə səmimi təbriklərimi çatdırıram. Ona bu vəzifədə uğurlar arzulayıram və Kubanın xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərini bundan sonra da möhkəmləndirmək niyyətini vurğulayıram”, - nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR