ABŞ hökumətinin Kubaya qarşı yeni tədbirləri respublikanın dövlət sektorunu zəiflətmək və Kuba inqilabına qarşı özəl sektordan siyasi məqsədlər üçün istifadə etmək məqsədi daşıyır.
APA xəbər verir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyinin ABŞ hökumətinin bu ölkəyə qarşı elan etdiyi yeni tədbirlərlə bağlı bəyanatında deyilir.
“Aydındır ki, ABŞ Kubanın dövlət sektorunu cəzalandırmaq istəyini bir daha təsdiqləyir. Bu tədbirlər məhdud xarakter daşıyır və Kubaya qarşı embarqonun, eləcə də maksimum təzyiq siyasətinin tərkib hissəsi olan əlavə sanksiyaların mahiyyətinə təsir göstərmir”, - bəyanatda deyilir.