Kuba hakimiyyəti Pinar-del-Rio və Artemisa əyalətlərində “İda” qasırğası səbəbindən 10 mindən çox sakini təxliyə edib.
APA xəbər verir ki, bu barədə “Juventud Rebelde” qəzeti məlumat yayıb.
Məlumata görə, qasırğa artıq ölkənin qərbindəki Xuventud adasından keçib. Hazırda bu bölgədə enerji təchizatı iflic vəziyyətdədir. Rəsmilər ciddi zərərin olmadığını bildirirlər.
“İda” tropik fırtınası Kuba sahillərinə yaxınlaşdıqca qasırğaya qədər güclənib. Hazırda qasırğanın daxilində küləyin maksimal sürəti 36,5 m/s-dir.