Kubaya casusluqda təqsirli bilinən ABŞ-ın ən yüksək vəzifəli məmurlarından Ana Belen Montes həbsdən vaxtından əvvəl azad edilib. Montes 20 ilini dəmir barmaqlıqlar arxasında keçirib.
APA-nın məlumatına görə, bu barədə “The Washington Post” məlumat yayıb.
65 yaşlı Montes 2002-ci ildə vəzifəsindən istifadə edərək Amerika casuslarının şəxsiyyətləri də daxil olmaqla məxfi məlumatları oğurlamaq və Havanaya ötürməkdə ittiham olunub.
45 yaşında o, 25 il müddətinə azadlıqdan məhrum edilib.