Hondurasda prezident və parlament seçkiləri keçirilir

Hondurasda prezident və parlament seçkiləri keçirilir
# 26 noyabr 2017 07:13 (UTC +04:00)

Bu gün Hondurasda prezident, parlament və bələdiyyə seçkiləri keçirilir.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, prezident postu uğrunda 9 namizəd mübarizə aparsa da, onlardan 3-nün - Milli Partiyanın namizədi olan hazırkı prezident Xuan Orlando Ernandes, Müxalifət Alyansının namizədi Salvador Nasralla və Liberal Partiyanın namizədi Luis Selayyanın şansı daha yüksək qiymətləndirilir.

Honduras Konstitusiyası bir şəxsin ardıcıl iki dəfə prezident seçilməsini qadağan edir. Buna baxmayaraq, 2016-cı ilin dekabrında Honduras Ali Məhkəməsi hazırkı prezident X. O. Ernandesin namizədliyini irəli sürməyə icazə verib. Məhkəmə Milli Partiyadan iki təşəbbüs qrupunun hazırkı prezidentin namizədliyini irəli sürməsini qanuni sayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR