Prokuror övladlarına toy etmək adı ilə dələduzluq edən qadınlara cəza istəyib

Prokuror övladlarına toy etmək adı ilə dələduzluq edən qadınlara cəza istəyib
# 16 oktyabr 2017 13:04 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şərəfnisə Məmmədova və Elnarə Fətullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın xəbərinə görə, hakim Novruz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, Ş. Məmmədovanın 10 il, E. Fətullayevanın isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, təqsirləndirilən şəxslər "Sədərək Ticarət Mərkəzi”ndə sahibkarlıqla məşğul olan Ərəstun Mehdizadədən 100 min manatlıq məhsul alaraq pulunu ödəməyiblər. Onlar eyni üsulla “Okean” mağazasının sahibini də aldadıblar. Növbəti dəfə isə Nizami rayonunda yerləşən “Kainat” mebel salonundan övladlarına toy etmək adı ilə mebel alıblar, pulunu isə toydan sonra ödəyəcəklərini deyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR