Bank Of Baku

Maduro Karakasda mitinqdə ona sui-qəsd təşkil olunduğunu bildirib

Maduro Karakasda mitinqdə ona sui-qəsd təşkil olunduğunu bildirib
# 26 mart 2024 09:46 (UTC +04:00)

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Karakasda keçirilən mitinqdə ona qarşı sui-qəsd olduğunu bildirib.

APA TASS-a istinadən xəbər verir ki, Nikolas Maduro bazar ertəsi Karakasın mərkəzindəki meydanda 2024-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı çıxışında onun həyatına sui-qəsd cəhdinin qarşısının alındığını deyib: "Bu gün burada iki silahlı şəxs mənə sui-qəsd etməyə hazırlaşırdı".

Onun sözlərinə görə, saxlanılanlar ifrat sağçı Vente Venesuela partiyasına mənsub olduqlarını etiraf ediblər.

O, sui-qəsdə cəhd edənlərin prezident tərəfdarlarının mitinqindən əvvəl Milli Seçki Şurasının binası yaxınlığında keçirilən yürüşü zamanı saxlanıldığını deyib.

Karakas hökumətinin başçısı Naum Fernandes daha əvvəl Maduroya sui-qəsd etmək üçün nümayişə partlayıcı qurğularla daxil olan 3 nəfərin saxlanıldığını açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR