ABŞ və Qərb ölkələrinin prezident seçkilərinin qalibi hesab etdiyi sağçı namizəd Edmundo Qonzales Urrutia özünü Venesuela prezidenti elan etməkdən çəkinib.
APA xəbər verir ki, bunu Venesuelanın prezidenti Nikolas Maduro Karakasın mərkəzində minlərlə insanın iştirak etdiyi mitinqdə deyib.
“Venezolana de Televisión” telekanalı Maduroya dəstək üçün on minlərlə nümayişçinin mitinq və yürüşünü canlı yayımlayıb.
"Sən qaçdın, Qonzales Urrutia. Bu gün o, özünü prezident elan etməkdən, and içməkdən qorxdu və müxalifətin nümayişinə getmədi. O, qorxdu, ona çəngəl (prezident lenti) taxmaq niyyətində idilər və o, and içməyə hazırlaşırdı, amma qorxurdu”, - deyə Maduro mitinqdə deyib.