ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens 2024-cü il seçkilərində prezidentliyə namizəd kimi rəsmi qeydiyyatdan keçib.
APA xəbər verir ki, bu barədə “Washington Examiner” məlumat yayıb.
Qəzetin yazdığına görə, Pens seçkidə iştirak üçün rəsmi müraciət edən ikinci respublikaçı olub.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp da prezidentliyə namizədliyini rəsmən açıqlayıb.