Bank Of Baku

Meksika ABŞ-a Qərb yarımkürəsində Aİ-nin analoqunu yaratmağı təklif edib

Marselo Ebrard

© APA | Marselo Ebrard

# 08 yanvar 2022 08:04 (UTC +04:00)

Meksika hakimiyyəti ABŞ-a Qərb yarımkürəsində Avropa İttifaqına (Aİ) bənzər birlik yaratmaq imkanını nəzərdən keçirməyi təklif edib.

APA-nın məlumatına görə, bunu Meksikanın xarici işlər naziri Marselo Ebrard Latın Amerikası və Karib Hövzəsi İcmasına üzv olan dövlətlərin xarici işlər nazirlərinin görüşü ilə bağlı Argentinaya səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

“Meksika ABŞ-a daha çox Aİ-yə bənzəyən birlik yaratmağa doğru addım atmağı təklif etdi. Amerika Dövlətləri Təşkilatı artıq çox köhnəlib. Buna görə də fərqli bir şey yaratmaq təklif edildi. Biz bir olsaq, uğur qazanacağıq”, deyə nazir vurğulayıb.

Xatırladaq ki, 2021-ci ilin sentyabrında Ekvador Prezidenti Qilermo Lasso Latın Amerikası və Karib hövzəsi ölkələri arasında Avropa İttifaqı prinsipi əsasında inteqrasiya proseslərinin qurulmasını təklif etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR