Bank Of Baku

Meksika körfəzində neft hasilatı platforması yanıb, yaralılar var

Meksika körfəzində neft hasilatı platforması yanıb, yaralılar var
# 07 aprel 2024 12:42 (UTC +04:00)

Meksikanın dövlət neft, qaz və neft-kimya şirkətinin Petroleos Mexicanos (Pemex) neft hasilatı platforması Meksika körfəzində yanıb, 9 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Pemexin X (keçmiş Twitter) səhifəsində dərc olunmuş mesajda deyilir.

“Bu gün yanacaq qazının ötürüldüyü boru kəmərlərinin ərazisində Akal B platformalarından birində yanğın baş verib. Hadisə yerində dərhal fövqəladə hallara cavab planı tətbiq edilib və yanğın lokallaşdırılıb”, - mesajda deyilir.

Şirkət yanğın nəticəsində 9 nəfərin "yüngül xəsarətlər" aldığını bildirib. Onlardan ikisi Pemexin əməkdaşları, qalan yeddi nəfər isə podratçı şirkətləri təmsil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR