Meksikanın cənub-qərb sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri 203,3 mindən çox əhalisi olan Puerto-Vallarta şəhərindən (Xalisko ştatı) 286,9 km cənub-qərbdə yerləşib. Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.
Dağıntılar və sunami təhlükəsi barədə məlumat verilməyib.