Bank Of Baku

Meksika sahillərində "Olaf" fırtınası ilə bağlı xəbərdarlıq edilib

Meksika sahillərində "Olaf" fırtınası ilə bağlı xəbərdarlıq edilib
# 09 sentyabr 2021 22:26 (UTC +04:00)

Meksika sahillərində “Olaf” tropik fırtınası Saffir-Simpson şkalasının 1-ci kateqoriyalı qasırğasına qədər güclənib.

APA xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Müşahidə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Meksikanın qərbində yerləşən Cənubi Kaliforniyanın sakinlərinə qasırğa xəbərdarlığı elan edilib. Qarşıdakı 36 saat ərzində bölgədə güclü külək, fırtına dalğaları və güclü yağışlar gözlənilir.

Hazırda küləyin maksimal sürəti 33,3 m/s-dir. Qasırğa Kabo San Lukas şəhərinin, təxminən 250 km cənub-şərqindən 11 km/saat sürətlə şimal-qərb istiqamətində hərəkət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR