Meksikanın mərkəzindəki Sakatekas ştatının eyniadlı paytaxtında 4 polis əməkdaşı naməlum cinayətkarlar tərəfindən öldürülüb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə ştatın ictimai təhlükəsizlik idarəsinin “Twitter” səhifəsində məlumat yer alıb.
“Qorxaq hücum zamanı əməkdaşlarımızın ölümünə çox kədərlənirik”, - məlumatda belə deyilir.
Cinayətkarlar uşaq komandaları arasında turnirin keçirildiyi futbol meydançasının yaxınlığında asayiş keşikçilərinə atəş açıblar.
Qeyd edək ki, bu ilin yanvar ayından sentyabr ayınadək Sakatekasda təxminən 900 nəfər zorakılığın qurbanı olub.