Meksikanın Matamoros şəhərində atışma zamanı bir neçə nəfər ölüb və yaralanıb.
APA-nın xəbərinə görə, bu barədə Tamaulipas ştatının İctimai Təhlükəsizlik Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb.
“Son bir saat ərzində naməlum mülki şəxslər arasında iki silahlı insident baş verib” - deyə bildirilir.
Hüquq-mühafizə orqanları yerli sakinlərdən evlərini tərk etməməyi xahiş edib.