Bank Of Baku

Meksikada çuxurdan 10 cəsəd tapılıb

Meksikada çuxurdan 10 cəsəd tapılıb
# 13 yanvar 2024 08:56 (UTC +04:00)

Meksikanın Zakatekas ştatında 10 meyit aşkarlanıb.

APA xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Luis Maya qəsəbəsində polislər gizli bir çuxurda 10 cəsəd aşkar ediblər.

Prokurorluqdan verilən açıqlamada bildirilib ki, onların şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində iş aparılır.

Ehtimal olunur ki, insident rəqib dəstələr arasında baş verən qarşıdurma nəticəsində baş verib.

Zakatekas ştatı Meksikada zorakılıq və qətllərin ən çox olduğu yerlərdən biridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR