Bank Of Baku

Meksikada daşqınlarda 28 nəfər ölüb

Meksikada daşqınlarda 28 nəfər ölüb
# 11 oktyabr 2025 11:34 (UTC +04:00)

Meksikada şiddətli yağışların səbəb olduğu daşqınlar nəticəsində 28 nəfər ölüb.

APA xarici mediaya istinadən xəbər verir ki, ölkənin 32 ştatının 31-də güclü yağıntı qeydə alınıb.

Daşqınlar yol və körpülərin dağılmasına, kəndlərin su altında qalmasına səbəb olub.

Ən çox ziyan Hidalqo ştatına dəyib. Burada 16 nəfərin öldüyü bildirilir. 1000-dən çox evə zərər dəyib, bəzi yerlərdə xilasetmə əməliyyatları aparmaq qeyri-mümkün vəziyyətə gəlib.

Təkcə Puebla ştatında 80 000-ə yaxın insan daşqınlardan ziyan görüb.

Meksika ordusu zərərçəkmiş şəsxlərə humanitar yardımların paylanmasına cəlb edilib.

Xilasetmə əməliyyatları davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR