Bank Of Baku

Meksikada qaz partlayışı nəticəsində 20-dən çox bina sakini yaralanıb

Meksikada qaz partlayışı nəticəsində 20-dən çox bina sakini yaralanıb
# 17 avqust 2021 05:17 (UTC +04:00)

Meksikanın paytaxtı Mexiko şəhərində yaşayış binasında qaz partlayışı nəticəsində azı 22 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə meqapolisin rəhbəri Klaudia Şeinbaum “Twitter” hesabında yazıb.

Şəhər başçısı partlayışın Koyoakan prospektində baş verdiyini qeyd edib. Bildirib ki, yaralılardan dördü xəstəxanalara yerləşdirilib. 

Hazırda partlayış yerində müvafiq qurumların əməkdaşları işləyir. Ölənlər barədə məlumat verilməyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR