Dayanacaqda marşrut gözləyən şəxs avtobusun altına düşüb

Dayanacaqda marşrut gözləyən şəxs avtobusun altına düşüb
# 24 fevral 2019 11:26 (UTC +04:00)

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın məlumatına görə, 1977-ci il təvəllüdlü Abbasov Mahir İbrahim oğlunun idarə etdiyi “Karsan” markalı avtobus idarəetmədən çıxıb və dayanacağa çırpılıb. Hadisə zamanı dayanacaqda avtobus gözləyən, 1995-ci il təvəllüdlü Aynur Kazımova avtobusun altına düşüb.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək vətəndaşı avtobusun altından çıxarıb Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR