Meksikanın paytaxtı Mexiko metrosunun üçüncü xəttində iki qatarın toqquşması nəticəsində yaralananların sayı 57 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bütün zərərçəkənlər Mexikodakı tibb müəssisələrinə aparılıb və onlara lazımi yardım göstərilib.
Rəsmi məlumatlara görə, bir nəfər ölüb.
***
07.01.2023
Saat 22:46
Meksikanın paytaxtı Mexikoda metrosunda iki Qatar toqquşub.
APA xəbər verir ki, bu barədə “REN TV” məlumat yayıb.
Hadisə nəticəsində bir nəfər ölüb, 16 nəfər xəsarət alıb.
Xilasetmə əməliyyatı davam edir.