BMT İsrailin yeni məskən salmaq planından narahatlıq ifadə edib

BMT İsrailin yeni məskən salmaq planından narahatlıq ifadə edib
# 25 yanvar 2017 01:24 (UTC +04:00)

BMT İsrailin Şərqi Qüds və İordan çayının qərb sahilində yeni məskənlər salmasını Yaxın Şərq münaqişəsinin nizamlanmasına mane olan birtərəfli hərəkət kimi qiymətləndirməkdə davam edəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

Onun sözlərinə görə, baş katibin yəhudi məskənləri ilə bağlı mövqeyi dəyişməzdir: “Biz bunu birtərəfli hərəkət kateqoriyasına aid edəcəyik”.

Qeyd edək ki, İsrail hökuməti bundan əvvəl İordan çayının qərb sahilindəki yəhudi məskənlərində 2 500 ev tikmək niyyətində olduğunu təsdiqləyib.

2016-cı ilin dekabrın 23-də BMT TŞ İsraildən Fələstin ərazilərində məskunlaşma siyasətinə son qoymasını tələb edən qətnamə qəbul edib.

Buna cavab olaraq İsrail BMT büdcəsinə ödəmələrini 6 mln. dollar azaldıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR