Azərbaycan prezidenti Şri-Lankanın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan prezidenti Şri-Lankanın yeni səfirinin etimadnaməsini qəbul edib
# 26 oktyabr 2016 10:53 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yakupitiya Kuruppu Araççic Rohanacitin etimadnaməsini qəbul edib.

APA-nın xəbərinə görə, səfir Yakupitiya Kuruppu Araççic Rohanacit fəxri qarovul dəstəsinin qarşısından keçib.

O, etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Ölkələrimiz arasında mədəni sahədə əlaqələrin mövcud olduğunu deyən səfir bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin önəmini vurğulayıb.

Azərbaycan ilə Şri-Lankanın dost ölkələr olduğunu deyən dövlət başçısı hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etdiyini qeyd edib. Prezident İlham Əliyev ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bir sıra sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. İqtisadi sahədə əməkdaşlığa toxunan dövlət başçısı bu istiqamətdə ticarət dövriyyəsinin həcminin artırılmasının qarşıda duran ən mühüm məqsəd olduğunu deyib. Prezident İlham Əliyev Azərbaycan-Şri-Lanka əlaqələrinin inkişaf etdirilməsi baxımından səfirin ölkəmizdəki diplomatik fəaliyyətinin uğurlu olacağına ümidvar olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR