"Tekfen" Azərbaycana investisiyaları artırmaqda maraqlıdır

"Tekfen" Azərbaycana investisiyaları artırmaqda maraqlıdır
# 15 noyabr 2016 08:02 (UTC +04:00)

"Tekfen İnşaat" Azərbaycana yatırdığı investisiyaların həcmini artırmaqda maraqlıdır. "APA-Economics" xəbər verir ki, bunu "Tekfen İnşaat"ın baş direktoru Levent Kafkaslı bildirib.

1996-cı ildən etibarən Azərbaycanda fəaliyyət göstərdiyini xatırladan L. Kafkaslı qeyd edib ki, "Tekfen İnşaat" SOCAR-la birgə "Azfen" şirkətini qurub və şirkətdə iştirak payı 40% təşkil edir: "SOCAR-ın neft-qaz sənayesindəki, "Tefkfen İnşaat"ın isə beynəlxalq inşaat sektorundakı təcrübələri "Azfen"in qısa zamanda beynəlxalq standartlara cavab verən yerli inşaat şirkəti olmasına imkan yaradıb. "Socar Tower", Bakı Olimpiya Stadionu, Vergilər Nazirliyinin yeni inzibati binasının tikintisinə imza atdıq".

Yaxın zamanda irimiqyaslı tikinti işlərinin həyata keçiriləcəyini bildirən baş direktor qeyd edib ki, Azərbaycan, Türkmənistan, Qazaxıstanda qaz anbarlarının, neft platformalarının, enerji stansiyalarının, terminallarının, qaz kəmərlərinin tikintisi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR