Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sabiq şöbə müdiri vəfat edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sabiq şöbə müdiri vəfat edib
# 03 sentyabr 2015 08:40 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin sabiq müdiri, Bilik Fondunun baş məsləhətçisi Bəhman Nəbiyev dünyasını dəyişib.

Mərhumun oğlu Tural Nəbiyevin APA-ya verdiyi məlumata görə, B. Nəbiyev sentyabrın 2-də Qax şəhərində xəstəxanada dünyasını dəyişib.

Onun ürək tutmasında vəfat etdiyi bildirilir. B. Nəbiyev Müşfiqabad qəbiristanlığında dəfn olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR